Gənclər və İdman Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinin iştirakı ilə “Təbiəti birgə qoruyaq!” layihəsi çərçivəsində növbəti təmizlik aksiyası keçirilib. Aksiya çərçivəsində Uzunoba gölü ətrafındakı ərazilər tullantılardan təmizlənib.
Mövsüm boyu keçirilən bu tipli aksiyalarının məqsədi insanları təbiətə münasibətdə həssas olmağa dəvət etmək, ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaqla təmizliyə riayət olunmasını təbliğ etmək, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdən ibarətdir.